Qvardiola Juventus-a keçir?


İdman 06 Mar 2019 13:00:00 356 0

Qvardiola Juventus-a keçir?

Juventus Manchester City-nin baş məşqçisi Pep Qvardiola ilə maraqlanır.

Goal.az-ın "Sport Mediaset"ə istinadən yaydığı xəbərə görə, İtaliya klubunun nümayəndələri artıq təcrübəli mütəxəssislə iki dəfə görüşüblər. Ancaq onu razı salmağın çətin olduğu bildirilib. Çünki Qvardiolanın Manchester City ilə 2021-ci ilə yayında başa çatacaq müqaviləsi var və bu klubda ilinə 23 milyon avro qazanır.

Qeyd edək ki, Juventus-un hazırkı baş məşqçisi Massimiliano Alleqridir.