Grasshopper-də baş məşqçi istefası


İdman 05 Mar 2019 13:33:00 230 0

Grasshopper-də baş məşqçi istefası

51 yaşlı mütəxəssis Torsten Finka iş yerini itirib.

Goal.az xəbər verir ki, Grassxopper baş məşqçisini istefaya göndərib. Finka ötən ilin aprelindən klubda çalışırdı.

“Komandanın vəziyyəti çox ağırdır. Müzakirələrdən sonra baş məşqçi və idman direktoru ilə yollarımızı ayırdıq”,- klubun rəsmi saytında bildirilib. İsveçrə təmsilçisi hazırda turnir cədvəlində sonuncu yerdədir. Elit diviziondan uzaqlaşa bilər.

Xatırladaq ki, Grassxopper 27 dəfə ölkə çempionu olub