Manchester United Sulşerə etimad göstərir


İdman 01 Mar 2019 14:51:00 455 0

Manchester United Sulşerə etimad göstərir

Manchester United baş məşqçi postuna namizəd axtarışını dayandırıb.

Goal.az xəbər verir ki, klub baş məşqçi əvəzi Ule-Qunnar Sulşerlə rəsmi müqavilə bağlamaq niyyətindədir. Joze Mourinyonu müvəqqəti əvəzləyən Sulşer komandada gözəl atmosfer yarada bilib. Onun rəhbərliyi altında “qırmızı şeytanlar”12 oyunda qalib gəlib. İki görüşdə bərabərlik qeydə alınıb. Yeganə məğlubiyyəti Çempionlar Liqasında PSG matçında yaşayıb. 46 yaşlı mütəxəssislə rəsmi sövdələşmə gələn mövsüm imzalanacaq.