PSG Ajax-dan müdafiəçi alır


İdman 01 Mar 2019 11:33:00 561 0

PSG Ajax-dan müdafiəçi alır

Amsterdam Ajax-ının müdafiəçisi Mitçel Bakker yayda klubunu dəyişəcək.

Goal.az RMS nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu PSG-nin diqqətini çəkib. Bakkerin indiki müqaviləsi mövsümün sonunda başa çatır. Paris təmsilçisi transferə pul ödəməyəcək. PSG keçidi qışda həll etməyə çalışırdı. Lakin danışıqlar alınmamışdı. Bakke Ajax-ın yetirməsidir. Klubun gənclər komandasına oynayır. Erediviziada heç bir matça çıxmayıb.