Sarri mətbuatı günahlandırdı


İdman 28 Fev 2019 16:32:00 335 0

Sarri mətbuatı günahlandırdı

Chelsea-nın baş məşqçisi Maurisio Sarri klubda gələcəyi barədə danışıb.

Goal.az xəbər veir ki, çalışdırıcı ciddi problemin olmadığını deyib.

“Son iki gündə klub rəhbərliyi ilə söhbətim olub. Ciddi bir şey yoxdur. Problemi mətbuat böyüdür. Məncə, Chelsea-da qalıb-qalmayacağım böyük ölçüdə mətbuatdan asılıdır, nəinki klub rəhbərliyindən. Məşqçi həmişə təzyiq altında olur. Əgər ildə cəmi bir-iki dəfə problemlə üzləşirsənsə, xoşbəxt adamsan. Uduzduğun iki matça görə təzyiq altına düşmək normaldır. Chelsea-da təzyiq indi daha çoxdur. Bunu qəbul edirəm”,- Sarri deyib.

London klubu Premyer Liqada 53 xalla 6-cı yeri tutur. Dördüncü olan Arsenal-dan 3 xal fərqi var. Londonlular bir oyun az keçirib.