Şenol Güneş Türkiyə millisində - RƏSMİ


İdman 28 Fev 2019 14:54:00 328 0

Şenol Güneş Türkiyə millisində - RƏSMİ

Futbol üzrə Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. 

Goal.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Şenol Günəşlə 4 illik müqavilə bağlanılıb. 

Sözləşmə bu il iyunun 1-dən qüvvəyə minəcək və 2020-ci il Avropa çempionatı ilə 2022-ci il dünya çempionatını da əhatə edəcək. 

Qeyd edək ki, hazırda Şenol Günəş Beşiktaş-ın sükanı arxasındadır. O, klubu cari mövsümün sonunda tərk edəcək.