Manchester City-dən 600 milyon funtluq müqavilə


İdman 28 Fev 2019 14:36:00 318 0

Manchester City-dən 600 milyon funtluq müqavilə

Manchester City Puma kompaniyası ilə əməkdaşlığa başlayıb.

Goal.az xəbər verir ki, 10 illik müqavilə bu il iyulun 1-dən qüvvəyə minəcək. Alman brendi klubun forma sponsoru olacaq. Həmçinin Puma Manchester təmsilçisinin Avstraliya, İspaniya, Uruqvay və Çində olan törəmə klublarına da sponsorluq edəcək. “Şəhərlilər” bu sövdələşmədən 10 il ərzində 600 milyon funt qazanacaq.

Qeyd edək ki, hazırda Manchester City-nin ekipirovkasını Nike şirkəti həyata keçirir.