VAR-a baxıb səhv qərar verən hakim cəzalandırıldı


İdman 26 Fev 2019 16:14:00 346 0

VAR-a baxıb səhv qərar verən hakim cəzalandırıldı

İtaliya A seriyasında XXV turun Fiorentina - İnter oyununun baş hakimi Rosario Abisso cəzalandırılıb.

Goal.az xəbər verir ki, 34 yaşlı referi 3:3 hesabı ilə başa çatan matçda VAR sistemindən yararlanaraq videotəkrara baxmasına rəğmən, yanlış qərar qəbul etdiyi üçün növbəti 3 turda təyinat almayacaq. O həmçinin cari mövsümdə bir daha İnter-in oyununu idarə etməyəcək.

Qeyd edək ki, Rosario Abisso matçın 90+6-cı dəqiqəsində İnter-in futbolçusu Danilo DAmbrozionun cərimə meydançasında əllə oynadığını əsas gətirərək qonaqların qapısına penalti təyin edib. Referi dəqiqləşdirmə aparmaq üçün epizodun görüntülərinə baxıb. Top futbolçunun əlinə yox, sinəsinə dəysə də, baş hakim qərarını dəyişməyib. Nəticədə Cordan Veretu penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 3:3.