AFFA klubları cəzalandırdı


İdman 26 Fev 2019 14:09:00 398 0

AFFA klubları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Goal.az-ın məlumatına görə, qurum Topaz Premyer Liqasının XVIII turunda qeydə alınan neqativ olaylara hüquqi qiymət verib.

“Qarabağ”la görüşdə 6 futbolçusu sarı vərəqə alan “Sabah” 800 manat cərimə olunub. Paytaxt klubunun yarımmüdafiəçisi Erik Ramos isə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün 1 oyunluq cəzalandırılıb, klubunu 200 manat ziyana salıb.

“Neftçi” üzərində qələbə qazanan “Səbail” 6 futbolçusu sarı vərəqə aldığından, 800 manat cərimələnib.