UEFA Simeoneyə intizam işi açdı


İdman 26 Fev 2019 10:53:00 343 0

UEFA Simeoneyə intizam işi açdı

UEFA Atletico-nun baş məşqçisi Dieqo Simeone ilə bağlı intizam işi açıb.

Goal.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna argentinalı mütəxəssisin Çempionlar Liqasının 1/8 finalında Juventus-la ilk matçda (2:0) etdiyi qeyri-etik hərəkət səbəb olub.

Simeone Juventus-un qapısına vurulan ilk qolun sevincini qeyri-etik şəkildə qeyd edib.

Əlavə edək ki, onun ən azı 1 oyunluq diskvalifikasiya edəcəyi gözlənilir. Təcrübəli çalışdırıcının cəzasının ağır ola biləcəyi də istisna olunmur.