PSG-nin oyunu təxirə salındı


İdman 25 Fev 2019 19:25:00 326 0

PSG-nin oyunu təxirə salındı

Fransa çempionatının 28-ci turunda keçirilməli olan Nantes - PSG matçı təxirə salınıb.

Goal.az xəbər verir ki, oyun martın 9-da və ya 10-da keçirilməli idi. Həmin günlər “sarı jiletlilər”in növbəti etiraz aksiyası nəzərdə tutulub. Polis matç zamanı təhlükəsizliyi təmin edəcəyinə əmin deyil. Oyunun yeni tarixi açıqlanmayıb. PSG 68 xalla turnir cədvəlinə başçılıq edir. 14-cü yerdə olan Nantes-in 30 xalı var.