Neftçi-nin futbolçusu zədələndi


İdman 25 Fev 2019 16:52:00 386 0

Neftçi-nin futbolçusu zədələndi

"Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev zədələnib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu son məşqlərdən birində sol diz oynağından zədə alıb. Hazırda müalicə olunan Rəhman Hacıyevin yaxın müddətdə fərdi məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Hacıyev bu mövsüm 14 oyunda meydana çıxıb.