Həyat yoldaşı canlı yayımda ağladı


İdman 22 Fev 2019 19:40:00 262 0

Həyat yoldaşı canlı yayımda ağladı

Zenit-in həbs olunan futbolçusu Aleksandr Kokorinin həyat yoldaşı Darya Valitova Andrey Malaxovun "Canlı efir” proqramının qonağı olub.

Goal.az xəbər verir ki, Darya Kokorinin hərəkətinə görə ictimaiyyətdən üzr istəyib. O, canlı yayımda göz yaşlarını saxlaya bilməyib:

"Kokorinin hərəkətinə görə hər kəsdən üzr istəyirəm. Onun sağlamlığına görə narahatam. Dizində ciddi problem var. Müalicə almasa, əlil ola bilər. Əgər iki ay da həbsxanada qalsa, dizi tam dəyişməlidir”.

Qeyd edək ki, Aleksandr Kokorinlə Krasnodar-ın futbolçusu Pavel Mamayev xuliqanlıq etdikləri üçün ötən ilin oktyabrında həbs olunublar.