Silva PSG-də qalmaq arzusundadır


İdman 21 Fev 2019 17:56:00 245 0

Silva PSG-də qalmaq arzusundadır

PSG-nin müdafiəçisi Tyaqo Silva klubla müqaviləsinin müddətini uzatmaq niyyətindədir.

Goal.az Fransa mətbuatına istinadən xəbər verir ki, sövdələşməsi gələn il başa çatan braziliyalı daha iki il burada qalmaq istəyir.

“34 yaşım var. Hələ oynamaq istəyirəm. Özümü yaxşı hiss edirəm. Gücüm tükənməyib. Ən azı 2022-ci ilədək PSG-nin şərəfini qorumaq istəyirəm”, - Silva bildirib.

Braziliyalı 2012-ci ildə Milan-dan transfer olunub. Klubla birlikdə 19 mükafat qazanıb. Ayda 1,16 milyon avro məvacib alır. Karyerasını Paris klubunda başa vurmaq istədiyini gizlətmir.