Arsen Venger PSG prezidenti ilə gizli görüşdü


İdman 21 Fev 2019 15:50:00 280 0

Arsen Venger PSG prezidenti ilə gizli görüşdü

PSG-nin prezidenti Nasser Əl- Xəlaifinin Arsenal-ın eks-baş məşqçisi Arsen Vengerlə gizli görüşü olub.

L Equipe nəşrinə istinad edən Goal.az xəbər verir ki, görüş Dohada keçirilən tennis turniri çərçivəsində baş tutub. Əl-Xəlaifi fransız mütəxəssisi şəxsi kabinetində qəbul edib. Söhbətin təfərrüatları açıqlanmır. Görüşün yaratdıgı şayiələrə görə, PSG məşqçilər korpusunda dəyişikliyə hazırlaşır. Bildirilir ki, Paris təmsilçisinin çalışdırıcısı Tomas Tuxel klubun idman direktoru Antera Enrike ilə qalmaqal yaşayır. Bu isə Əl-Xəlaifinin ürəyincə deyil.

Xatırladaq ki, PSG Fransa çempionatında turnir cədvəlinin şəriksiz lideridir.