Çempionlar Liqasında həftənin ən yaxşı oyunçüsu və qoluna namizədlər açıqlandı


İdman 21 Fev 2019 13:51:00 278 0

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçüsu və qoluna namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına belçikalı Ceyson Denayer (Lyon, Fransa), ispaniyalı Tyaqo Alkantara (Bayern Munich, Almaniya), ingiltərəli Rahim Sterlinq (Manchester City, İngiltərə) və uruqvaylı Dieqo Qopdin (Atletico, İspaniya) iddia edir.

Ən yaxşı qola isə almaniyalı Leroy Sane (Manchester City, İngiltərə), cənubi koreyalı Son Xın Min (Tottenham, İngiltərə), fransalı Kərim Benzema (Real Madrid, İspaniya) və italiyalı Nikolo Zanyolonun (Roma, İtaliya) dəqiq zərbələri namizəddir

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.