Alleqri: "Heç vaxt bu cür bərbad oynamamışdıq"


İdman 21 Fev 2019 10:27:00 238 0

Alleqri: "Heç vaxt bu cür bərbad oynamamışdıq"

Juventus-un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 final mərhələsində Atletico-ya məğlubiyyəti (0:2) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı komandasının oyuna adaptasiya oluna bilmədiyini deyib. “Bilirdim ki, Atletico bizə göz açdırmayacaq. Matça köklənə bilmədik və cəzalandırıldıq. İkinci yarı, sanki dəhşətli bir yuxu idi. Heç vaxt bu cür bərbad oynamamışdıq. Səhvlərimiz çox oldu. Atletico kimi klubla oyunda buraxılan kiçik bir səhv böyük problem yaradır. Rəqibin matça tam nəzarət etməsinə imkan yaratdıq. Cavab qarşılaşması asan olmayacaq. Əlimizdən gələni etməliyik. Ümidsiz deyiləm. Şansımız itirilməyib”, - Alleqri deyib.