Valverde: “Qorxulu nəticədir”


İdman 20 Fev 2019 13:53:00 215 0

Valverde: “Qorxulu nəticədir”

Barcelona-nın baş məşqçisi Ernesto Valverde ÇL-nin 1/8 mərhələsində Lyon-la səfər matçından (0:0) danışıb.

Goal.az xəbər verir ki, mütəxəssis daha yaxşı nəticə gözlədiyini etiraf edib. “Düzü, qalib gələcəyimizi düşünürdüm. Yaxşı hazırlaşmışdıq. Təəssüf ki, istədiyimiz olmadı. Qol vəziyyətlərindən istifadə etmək lazım idi. Evdə daha yaxşı oynayırıq. Lakin etiraf etməliyəm ki, 0:0 qorxulu nəticədir. Evdə mütləq qalib gəlməyə can atmalıyıq. Fanatlarımız bunu gözləyir. Barcelona 3 ildir ki, ÇL çərçivəsində səfər matçlarında qalib gələ bilmir. Bu, təsadüf deyil. Güclü rəqiblər qələbə qazanmağa imkan vermir”,-Valverde deyib