Bonuççi Real-dan imtina edib


İdman 19 Fev 2019 14:50:00 249 0

Bonuççi Real-dan imtina edib

Juventus-un müdafiəçisi Leonardo Bonuççi Milan-dan Turinə qayıtdıqdan sonra Real-dan təklif aldığını deyib.

Goal.az xəbər verir ki, 31 yaşlı futbolçu təklifi geri çevirdiyini bildirib. “Madrid klubunun transfer siyahısında olmaq qürurvericidir. Lakin mən Milan-dan ayrıldım ki, Juventus-a qayıdım. İtaliya futbolu inkişafdadır. Son zamanlar bu daha çox hiss olunur. “Qoca senyora” liderliyini davam etdirir. Napoli ilə 13 xal fərqimiz var. Fərq böyük deyil. Arxayın olmaq olmaz. Əvvəllər Milan, Napoli, İnter kimi klubları rahat şəkildə məğlub edirdik. İndi vəziyyət dəyişib. Bütün klublar müqavimət göstərə bilir”,- müdafiəçi bildirib. Bonuççi 2010-2017-ci illərdə Juventus-un formasını geyinib. Sonradan Milan-a keçib. Ötən ilin yayında yenidən Turinə dönüb.