Manchester United-dən 100 milyonluq təklif


İdman 19 Fev 2019 13:55:00 217 0

Manchester United-dən 100 milyonluq təklif

Mövsümün sonunda heyətini gücləndirməyi planlaşdıran Manchester United bir neçə futbolçunu "qaralayıb".

Goal.az-ın məlumatına görə, "mankunianlar"ın "radar"ında olan oyunçulardan biri də Napoli-nin müdafiəçisi Xalidu Kulibalidir.

"Qırmızı şeytanlar" seneqallı oyunçu üçün qarşı tərəfin qapısını döyüb. Premyer Liqa təmsilçisi ulduz futbolçunun transferi üçün 100 milyon avro təklif edib. Lakin Manchester United onu asanlıqla ala bilməyəcək. Çünki Avropanın digər nəhəngləri də Kulibalinin keçidində maraqlıdır.

Qeyd edək ki, bu mövsüm 31 oyunda meydana çıxan Xalidu Kulibali 2 assistlə yadda qalıb.