Juventus-un direktorundan İkardi etirafı


İdman 18 Fev 2019 21:40:00 317 0

Juventus-un direktorundan İkardi etirafı

Juventus-un direktoru Fabio Paratiçi ötən il İnter-in futbolçusu Mauro İkardi ilə əlaqə saxladıqlarını etiraf edib.

Goal.az xəbər verir ki, direktor hazırda heç bir əlaqənin olmadığını deyib. “Yayda informasiya toplayırdıq. İkardinin Juventus-la bağlı fikirlərini bilmək istəyirdik. Danışıqlar bundan o tərəfə keçmədi. Hazırda bizi qarşıdakı matçlar düşündürür. İkardi söhbətinə yayda qayıtmaq olar”, - Paratiçi deyib.