Millimizin Yurçeviçlə ilk yoldaşlıq oyunu Bakıda olacaq


İdman 18 Fev 2019 17:46:00 196 0

Millimizin Yurçeviçlə ilk yoldaşlıq oyunu Bakıda olacaq

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Litva kollektivi ilə üz-üzə gələcək.

Martın 25-də “Bakcell Arena”da təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.