Hazardın qarşısını Neymar kəsir


İdman 18 Fev 2019 15:11:00 246 0

Hazardın qarşısını Neymar kəsir

Eden Hazardın Chelsea-dan Real-a keçidi PSG-nin hücumçusu Neymardan asılıdır.

Goal.az The Times nəşrinə istinadən xəbər verir ki, madridlilər üçün prioritet Neymarın transferidir. Bildirilir ki, braziliyalı “kral klubu”nda oynamaq istəyini gizlətmir. Hücumçunun keçidi Real-a 220 milyon avroya başa gələcək. Belə olan halda, Madrid klubunun Hazardı əldə etməyə vəsaiti azlıq edəcək. Belçikalı Chelsea-dan yalnız Real-a görə ayrılmaq istədiyini deyib.