Mourinyo Fransanı istəyir


İdman 18 Fev 2019 13:17:00 289 0

Mourinyo Fransanı istəyir

Joze Mourinyo Fransa çempionatının 25-ci turunda Lille - Monpellier qarşılaşmasından sonra (0:0) bu ölkədə çalışmaq istədiyini etiraf edib.

Goal.az xəbər verir ki, mütəxəssis burada təcrübə qazanacağını bildirib. “4 ölkədə işləmişəm. Fransada çalışmaq, ölkənin dilini və mədəniyyətini öyrənmək xoş olardı. Həm də təcrübəmi artırardım. Hazırda ailəmlə birlikdə dincəlirəm. Tezliklə futbola qayıdacağıma əminəm. Fransadan təklif alsam dərhal dəyərləndirərdim”,- portuqaliyalı deyib.