Con Toşak: “Beyl fanatlara hörmətsizlik edir”


İdman 15 Fev 2019 20:20:00 202 0

Con Toşak: “Beyl fanatlara hörmətsizlik edir”

Real-ın və Uels millisinin sabiq baş məşqçisi Con Toşak madridlilərin yarımmüdafiəçisi Qaret Beyldən danışıb.

Goal.az xəbər verir ki, mütəxəssis Beylin ispan dilini öyrənməməsinə də münasibət bildirib. “Başqa ölkəyə transfer edilən futbolçu ölkənin dilini mütləq öyrənməlidir. Ən azı fanatlara hörmət naminə. Beyl 6 ildir Real-da forma geyinir. Lakin ispan dilini bilmir. Yaxşı hal deyil. Azarkeşlərə, komanda yoldaşlarına hörmətsizlikdir. Bacarıqlı futbolçudur. Tez-tez zədələnməsi karyerasına təsir edir. Məncə, oyunda qeyri-adi hərəkətlər etdiyi üçün zədələnir”,- sabiq məşqçi deyib.