İnter İkardinin ucuz satmağa da hazırdır


İdman 15 Fev 2019 18:30:00 208 0

İnter İkardinin ucuz satmağa da hazırdır

İnter Mauro İkardi ilə bağlı variantları gözdən keçirir.

Goal.az Corriere della Sera nəşrinə istinadən xəbər verir ki, hücumçunun transfer qiyməti potensial alıçılara əngəl ola bilər. Argentinalının sövdələşməsində satış qiyməti 110 milyon avro göstərilib. İtaliya klubu transferdə maraqlı olan klubları uzaqlaşdırmamaq üçün İkardini 80-90 milyon avroya satmağı planlaşdırır.

Xatırladaq ki, klubun kapitan sarğısı yeni müqavilədən imtina edən hücumçunun əlindən alınıb. Buna görə İkardi Avropa Liqası çərçivəsində Rapid-lə matça getməyib.