Sarri postunu Zidana təhvil verir? - açıqlama


İdman 15 Fev 2019 14:32:00 214 0

Sarri postunu Zidana təhvil verir? - açıqlama

Chelsea baş məşqçi Maurisio Sarrini istefaya göndərməyə hazırlaşır.

Goal.az The Sun nəşrinə istinadən xəbər verir ki, Manchester City-yə biabırçı məğlubiyyətdən (6:0) sonra Sarri gözdən düşüb. Rəhbərlik klubun “sükanını” Zinəddin Zidana həvalə etməyi düşünür. Təklifin fransızın ürəyincə olacağı deyilir. Zidan özünü İngiltərə çempionatında sınaqdan çıxarmağı çoxdan gözləyir. Onun gəlişi Eden Hazardın klubla yeni müqavilə bağlamasına səbəb ola bilər.

46 yaşlı məşqçinin agenti Alen Milyaçço bildirib ki, fransalı mütəxəssis mövsümün ortasında heç bir klubla danışıqlar aparmayacaq. Razılaşma yalnız yayda ola bilər. Təcrübəli çalışdırıcının sonuncu iş yeri Madrid Real-ı olub. Klubda keçirdiyi 2,5 mövsüm ərzində 3 dəfə ÇL-nin qalibi adını qazanıb.