Barcelona Valverde ilə bağlı qərarını verdi


İdman 15 Fev 2019 14:14:00 232 0

Barcelona Valverde ilə bağlı qərarını verdi

Barcelona baş məşqçi Ernesto Valverde ilə müqavilənin müddətini uzadıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə 1+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Ernesto Valverde 2017-ci ilin mayından Barelona-ya rəhbərlik edir. Onun müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaqdı.