Sarri: “Belə oynasaq 10 dəqiqəyə qapımızda 2-3 qol görə bilərik”


İdman 15 Fev 2019 11:52:00 373 0

Sarri: “Belə oynasaq 10 dəqiqəyə qapımızda 2-3 qol görə bilərik”

Chelsea-nın baş məşqçisi Maurisio Sarri Avropa Liqasının 1/16 finalında Malmö üzərində (2:1) qələbədən danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı çoxlu səhv etdiklərini deyib. “İnamlı oynadıq. Topa nəzarət bizdə idi. Rəqib standartlarda təhlükəli oldu. Onu da deyim ki, Malmö fiziki cəhətdən bizi üstələyirdi. Bu baxımdan çətinlik çəkdik. Kompakt şəkildə və agıllı oyun sərgilədi. Daha çox qol vura bilərdik. Səvlərimiz buna imkan vermədi. Fərdi səhvlərimiz həddən artıq oldu. Bununla belə, oyunumuzdan razı qaldım. Cavab qarşılaşması çətin olacaq. Buna hazır olmalıyıq. Malmö matçında asan qol buraxdıq. Manchester City, Manchester United və ya Tottenham-la oyunda bu cür epizodlar olsa, 10 dəqiyəyə qapımızda 2-3 qol görə bilərik. Səhvlərimizə daha ciddi yanaşmalıyıq. Əks halda, komandamın üzü gülməyəcək”, - Sarri bildirib.