AL matçından əvvəl insident: 3 nəfər bıçaqlandı


İdman 14 Fev 2019 13:14:00 212 0

AL matçından əvvəl insident: 3 nəfər bıçaqlandı

Goal.az xəbər verir ki, Roma şəhərində hər iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb. 

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək LazioSevilla matçından əvvəl insident yaşanıb.

40 nəfər azarkeş arasında çıxan davada 3 nəfər bıçaqlanıb. Xəstəxanaya aparılan azakeşlərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə nəticəsində bıçaqlananların ikisi ispan, biri isə amerikalıdır. İtaliya mətbuatı bir nəfər İngiltərə vətəndaşının da yaralandığını iddia edir.

Lazio – Sevilla matçı bu gün, saat 21:55-də start götürəcək.