Roma-nın futbolçusu ÇL-in tarixinə düşdü


İdman 13 Fev 2019 17:18:00 206 0

Roma-nın futbolçusu ÇL-in tarixinə düşdü

Goal.az xəbər verir ki, görüşdə romalıların hər iki qolunun müəllifi olan Nikolo Zaniolo, Çempionlar Liqası tarixinə düşüb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Roma Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Porto-nu 2:1 hesabı ilə üstələyib.

Belə ki, 19 yaşlı yarımmüdafiəçi Çempionlar Liqası tarixində qol vuran ən gənc ikinci italyan futbolçu olub. ÇL-də fərqlənən ən gənc italiyalı isə Mario Balotellidir.

Zaniolo həm də, Çempionlar Liqasında bir oyunda iki qol vurmağı bacaran ən gənc futbolçu ünvanını qazanıb.

Porto ilə Roma arasındakı cavab matçı martın 6-da keçiriləcək.