Manchester United-dən Çempionlar Liqası antirekordu


İdman 13 Fev 2019 11:39:00 267 0

Manchester United-dən Çempionlar Liqası antirekordu

Manchester United Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında PSG-yə 0:2 hesabı ilə yenilməklə antirekorda imza atıb. 

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” tarixində ilk dəfə evdə keçirdiyi Çempionlar Liqası oyununda (ÇL) birdən çox top fərqi ilə uduzub.

“Old Trafford”da baş tutan görüşdə bir sıra yeniliklər də qeydə alınıb. Manchester United Ule Qunnar Sulşer -in rəhbərliyi altında ilk dəfə məğlubiyyətlə üzləşib. 

Bu oyuna qədər PSG İngiltərədə keçirdiyi 10 görüşdən yalnız 1-də qalib gəlib. Paris təmsilçisinin forvardı Kilian Mbappe İngiltərədə çıxdığı 4-cü qarşılaşmada 3-cü qolunu vurub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 5-də keçiriləcək.