"Birdən yanıma gəldi və mənə “gedirəm” dedi" – Marselo


İdman 13 Fev 2019 10:27:00 243 0

"Birdən yanıma gəldi və mənə “gedirəm” dedi" – Marselo

Real Madrid-in braziliyalı futbolçusu Marselo, yayda Juventus-a transfer olunan keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqqında danışıb.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, Ronaldonun gedəcəyini Çempionlar Liqasının son finalından əvvəl bildiyini deyib:

“Çempionlar Liqasının finalından əvvəl məşq edirdik. Birdən Ronaldo yanıma gəldi və mənə, “gedirəm” dedi. Bu ayrılıq gerçəkləşənə qədər özümü təsəlli edirdim. O, transfer olunanda hər şeyi anladım. Komandadan getdiyi gün bütün gecə ağladım”.

Son zamanlar adı Juventus-la yanaşı çəkilən futbolçu, “Juventus çox böyük bir klubdur, amma mənim Real-la müqaviləm var” deyib.