“Real üçün mümkün olmayan heç nə yoxdur”


İdman 12 Fev 2019 14:33:00 217 0

“Real üçün mümkün olmayan heç nə yoxdur”

Madrid Real-ının baş məşqçisi Santyaqo Solari komandasının ÇL-də mümkün dördüncü qələbəsindən danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı buna can atdıqlarını gizlətməyib. “Real üçün mümkün olmayan heç nə yoxdur. Dördüncü dəfə möhtəşəm turnirin qalibi olmaq arzumuzdur. Buna can atırıq. Futbol arzuların gerçəkləşməsinə imkan verən vasitədir. Bəzən arzular suya düşə bilir. Gerçəkləşdirmək üçün özündə güc tapmalısan. Hər qələbədən sonra daha böyük uğur barədə düşünürsən. Yeni arzular doğur. Futbolun gözəlliyi bundadır”,- çalışdırıcı deyib.

Xatırladaq ki, Real Çempionlar Liqasının 1/8 final mərhələsində sabah Ajax-ın qonağı olacaq.

Solarinin komandası İspaniya çempionatında ikinci yeri tutur. Lider Barcelona-dan 6 xal geri qalır.