Koutinyonun Barcelona-dakı taleyinə aydınlıq gəldi


İdman 12 Fev 2019 13:37:00 197 0

Koutinyonun Barcelona-dakı taleyinə aydınlıq gəldi

Barcelona yarımmüdafiəçisi Filipe Koutinyo məsələsinə aydınlıq gətirib.

Goal.az ESPN nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunun satılmayacağını bəyan edib. 26 yaşlı futbolçu uzun müddət klubda qalacaq. Braziliyalı hazırda zədəli olan yarımmüdafiəçi Usman Dembelenin yoxluğunda daha çox oyun praktikası əldə edir. Lakin Dembelenin bərpası yenidən Koutinyonun əsas heyətdəki yerini sual altına salacaq. Klub rəhbərliyi braziliyalının indiki oyunundan razıdır. Bu baxımdan onun satılmayacağı bildirilib.