Mourinyo şou proqramda aparıcılıq edəcək


İdman 11 Fev 2019 13:48:00 269 0

Mourinyo şou proqramda aparıcılıq edəcək

Manchester United-in sabiq çalışdırıcısı Joze Mourinyo televiziyada işləyəcək.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis RT kanalında “Mourinyonun baxış bucağı” adlı şou proqramında aparıcı kimi çalışacaq. Portuqaliyalı oyunlara proqnoz verəcək, həmçinin Çempionlar Liqasının pley-off mərhələsinin matçlarını təhlil edəcək. “DÇ-2018-in matçlarını bu kanalda təhlil edirdim. Təcrübəm var. Yenidən belə bir imkan yaranıb. Düşünürəm ki,öhdəsindən gələrəm”,- Mourinyo deyib.

Xatırladaq ki, portuqaliyalı ötən ilin dekabrında Manchester United-dən istefaya göndərilib.