Turun rəmzi komandası açıqlandı - FOTO


İdman 06 Fev 2019 17:11:00 342 0

Turun rəmzi komandası açıqlandı - FOTO

Azərbaycan Premyer Liqasının XV turunun rəmzi komandası açıqlanıb.

Goal.az xəbər verir ki, PFL “InStat” şirkətinin təhlilinə əsasən “11-liy”i müəyyənləşdirib.

Heyətdə “Səbail” və “Sabah” daha çox – hərəyə 3 oyunçu ilə təmsil olunub.

Qapıçı: Aleksandr Rıbka (“Səbail”)

Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-2, Kiril Petrov (“Neftçi”)-3, Elvin Yunuszadə (“Səbail”), Elgün Nəbiyev (“Sabah”)

Yarımmüdafiəçilər: Cavid İmamverdiyev (“Sabah”)-3, Kevin Kubemba (“Səbail”)-2, Aleksey İsayev (“Sumqayıt”), Dani Kintana (“Qarabağ”)-3

Hücumçular: Marko Deviç (“Sabah”)-6, Stiven Monroz (“Qəbələ”)-4

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.