Mourinyo tələsmir


İdman 06 Fev 2019 16:10:00 322 0

Mourinyo tələsmir

Manchester United-in sabiq baş məşqçisi Joze Mourinyo işsiz qaldığı müddətdə 3 təklifi geri çevirib.

Goal.az xəbər verir ki, mütəxəssis təkliflərin ürəyincə olmadığını deyib. “Hələlik dincəlirəm. Baş verənləri analiz edirəm. Hər şeyə sakit yanaşıram. Boş vaxtım nə qədər çox olsa, bir o qədər yaxşıdır. İndiyədək 3 klubdan təklif almışam. Lakin ürəyimcə olmayıb. Hiss edirəm ki, istədiyimi hələ almamışam. Məni özünə cəlb edəcək təklif gözləyirəm. Amma, dediyim kimi, tələsmirəm”, - Mourinyo deyib. Mütəxəssis imtina etdiyi klubların adını açıqlamayıb.