De Liqt Barcelona-ya gedə bilər


İdman 05 Fev 2019 17:55:00 241 0

De Liqt Barcelona-ya gedə bilər

Ajax-ın yarımmüdafiəçisi Matteys de Liqt Barcelona arzusundadır.

Goal.az Mundo Deportivoya istinadən bildirir ki, futbolçu komanda yoldaçı Frenki de Yonqun “izi ilə” getmək niyyətindədir. De Yonqun Kataloniya klubuna transferi artıq razılaşdırılıb. Barcelona 19 yaşlı hollandın ürəyindən keçənləri bilir. Hazırda keçidin şərtləri üzərində iş gedir. De Liqtin transferi katalonlara de Yonqa xərclədiyi vəsaitə (75 milyon avro , 11 milyon bonus) başa gələcək. Lakin İspaniya mətbuatı de Liqtin digər klublardan aldığı təklifləri də dəyərləndirmək istədiyini bildirib.