Messidən daha bir “rekord”


İdman 04 Fev 2019 17:30:00 210 0

Messidən daha bir “rekord”

Barcelona-nın hücumçusu Lionel Messi karyerası ərzində zədə səbəbindən daha çox oyun buraxmalı olub.

Goal.az xəbər verir ki, argentinalı 103 matçda meydana çıxa bilməyib. Bu, Messinin iştirak etdiyi matçların 12,7 faizini təşkil edir. Juventus-un forvardı Kriştiano Ronaldo karyerasında zədəyə görə 48 oyunda kənarda qalıb (4,98 faiz). PSG-nin hücumçusu Neymar eyni səbəbdən 52 oyunda forma geyməyib - 10,59 faiz.