Ronaldo Real-dan daha bir futbolçunu yanına gətirir


İdman 04 Fev 2019 14:51:00 239 0

Ronaldo Real-dan daha bir futbolçunu yanına gətirir

Juventus-un forvardı Kriştiano Ronaldo Real-dan keçmiş komanda yoldaşı Kazemironu yanına gətirməyi düşünür.

Goal.az Don Balon-a istinadən xəbər verir ki, portuqaliyalı “qoca senyora”nın rəhbərliyinə Kazemironu tövsiyə edib. 26 yaşlı braziliyalının “kral klubu” ilə qüvvədə olan müqaviləsi gələn il başa çatır. Cari mövsüm 27 oyunda 2 qol vurub.

Qeyd edək ki, Ronaldo Marselonu da Real-dan Juventus-a gətirməyə çalışır.