Kubokda rekord qeydə alındı


İdman 01 Fev 2019 16:37:00 212 0

Kubokda rekord qeydə alındı

İspaniya kubokunun 1/4 finalında Athletic-lə Atletico arasında keçirilən qarşılaşmanı "San-Mames”də 48 121 azarkeş izləyib.

Goal.az xəbər verir ki, bu statistik göstəricini ilk baxışdan adi qarşılana bilərdi. Məsələ burasındadır ki, kubok oyununda Athletic-lə Atletico-nun qadın komandaları üz-üzə gəliblər.

Basklar iddia edirlər ki, bununla onlar dünya rekordu qırıblar. İngilislər bu faktı qəbul etmirlər. Bildirirlər ki, 1920-ci ildə Liverpool-un qadın komandasının oyununa 53 min tamaşaçı gəlib. 

Dəstəyə baxmayaraq, Athletic Atletico-ya 0:2 hesabı ilə məğlub olub.