Neftçi-dən ayrılan futbolçu Yunanıstan klubunda


İdman 01 Fev 2019 10:53:00 406 0

Neftçi-dən ayrılan futbolçu Yunanıstan klubunda

Neftçi klubu ilə yollarını ayıran Slavko Braliçin yeni iş yeri müəyyənləşib.

Goal.az xəbər verir ki, 27 yaşlı xorvatiyalı müdafiəçi Yunanıstanın AEL klubuna keçib. O, Larisa təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, yanvarın 30-da S.Braliçin Neftçi ilə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.