Azərbaycanlı futbolçu Malta klubunda


İdman 01 Fev 2019 10:10:00 408 0

Azərbaycanlı futbolçu Malta klubunda

Azərbaycan futbolçusu Elməddin Məmmədov karyerasını Maltada davam etdirəcək.

Goal.az “Times of Malta”ya istinadən xəbər verir ki, 24 yaşlı qapıçı Premyer Liqa təmsilçisi St. Andrews-la anlaşıb. Son iş yeri Gürcüstan Tsxinvali-si olan qolkiperlə müqavilənin detalları barədə məlumat verilmir.

Məmmədov karyerası ərzində Bakı, AZAL, Zirə, eləcə də Qırğızıstanın Alqa komandasının formasını geyinib. O, əsasən ehtiyat qapıçı olub.

Qeyd edək ki, St. Andrews 15 turdan sonra 17 xalla 10-cu pillədə qərarlaşıb.