Klopp: "Hakim bunu niyə etmədi, bilmirəm"


İdman 31 Yan 2019 14:34:00 429 0

Klopp: "Hakim bunu niyə etmədi, bilmirəm"

Liverpool İngiltərə Premyer Liqasının 24-cü turunda Liverpool Leicesterlə qarşılaşıb.

Goal.az xəbər verir ki, Liverpool-un baş məşqçisi Jurgen Klopp 1-1 hesabı ilə yekunlaşan oyun barədə fikrini bölüşüb:

“Stadion bərbad vəziyyətdə idi. Qar yağdığından top hərəkət etmirdi. Belədə yalnız topu əldən verməmək barədə barədə düşünməli olursan. Oyun vaxtının 70-80 faizini boş-boşuna bu işə sərf etmək isə faydasız olur. Bu matçda məhz bu vəziyyətlə üzləşdik. Düşünürəm ki, Pereyro və Keyta epizodunda penalti verilməliydi. Hakim bunu niyə etmədi, bilmirəm. Ən yaxın rəqibdən indi bizi cəmi beş xal ayrırır. Bizim istədiyimiz isə bu deyil. Bununla belə, hər şey əladır”, - çalışdırıcı deyib.