Valverde: “Barcelona heç kimə güzəşt etmir”


İdman 31 Yan 2019 10:50:00 397 0

Valverde: “Barcelona heç kimə güzəşt etmir”

Barcelona-nın baş məşçisi Ernesto Valverde İspaniya kubokunun ¼ finalında Sevilla darmadağınından (6:1, birinci oyun 0:2) danışıb.

Goal.az xəbər verir ki,çalışdırıcı matça məhz qələbə üçün çıxdıqlarını deyib. “Barcelona heç nəyi heç kimə güzəşt etmir. Mümkün olan bütün mükafatları əldə etmək istəyindəyik. Sevillia birinci oyunda yaxşı oynamışdı. Qələbəyə layiq idi. Cavab matçına aktiv başladıq. Erkən qol bizi daha da ruhlandırdı. Rəqib matçın sonunda topa nəzarət etmirdi. Boş zonalardan istifadə etməklə Sevillia-nın qapısına yol tapdıq. Meydana qələbə üçün çıxmışdıq”,- Valverde bildirib.