Sulşer iddialı danışdı


İdman 29 Yan 2019 15:32:00 235 0

Sulşer iddialı danışdı

Manchester United-in müvəqqəti baş məşqçisi Ule-Qunnar Sulşer klubun bu mövsüm məqsədlərini açıqlayıb.

Goal.az xəbər verir ki, mütəxəssis iddialı danışıb. “Məqsədimiz “top-4” deyil. Manchester United çempionluq uğrunda mübarizə aparır. Layiq olduğumuz yer məhz birinci pillədir. Ola bilsin ki, bu mövsüm istədiyimiz alınmasın. Amma bu komanda əvvəlki gücünü, nəyə qadir olduğunu hamıya sübut edəcək. İngiltərə kubokunda və Çempionlar Liqasında mübarizə aparan klubun liderlik iddiası təbiidir. Hərdən özüm-özümdən soruşuram: “Bu il mükafat qazana bilərikmi?” Hər oyundan sonra bir daha əmin oluram ki, Manchester United mükafatsız qalmayacaq”,- çalışdırıcı deyib.

Qeyd edək ki, “qırmızı şeytanlar” İngiltərə çempionatında 23 turdan sonra 44 xalla 6-cı pillədə qərarlaşıb.