Arsenal pulunu yayda xərcləyəcək


İdman 29 Yan 2019 13:16:00 224 0

Arsenal pulunu yayda xərcləyəcək

Arsenal-ın baş məşqçisi Unai Emeri qışda transfer etməyəcəklərini deyib.

Goal.az xəbər verir ki, çalışdırıcı indiki heyətdən razı qaldığını bildirib. Emeri deyib: “Rəhbərlik qışda futbolçu almaq istəmir. Yayda transferlərə pul xərcləməyi düşünür. Düzdür, heyətdə yeni futbolçular görmək istərdim. Ancaq məni indiki heyət də qane edir. Əlimdə olanlarla Premyer Liqada və Avropa Liqasında uğur qazanana bilərəm. Ölkə çempionatında ilk “4-lükdə” yer almağa çalışacağıq”.

Əvvəllər Arsenal-ın Denis Suares, İvan Perişiç və Malkomla maraqlandığı deyilirdi. Emerinin komandası hazırda 44 xalla turnir cədvəlində 5-ci yerdədir.