Futbolçunun itdiyi təyyarə ilə bağlı son məlumat: Pilotun lisenziyası yox imiş


İdman 25 Yan 2019 14:54:00 217 0

Futbolçunun itdiyi təyyarə ilə bağlı son məlumat: Pilotun lisenziyası yox imiş

Cardiff City-nin yeni transferi Emiliano Salanı daşıyan təyyarənin axtarışları ötən gecə dayandırılıb. Qernsi adasının polis bölməsinin “Twitter” səhifəsindən yaydığı bəyanatında təyyarədəki insanların həyatda qalma ehtimalının az olduğu vurğulanıb.

Goal.az xəbər verir ki, itən təyyarə ilə bağlı yeni iddia irəli sürülüb. Pilotun lisenziyasının olub-olmaması mübahisələrə səbəb olub.

Daily Mail nəşrinin yazdığına görə, pilot Deyv İbbotson uçuşdan qısa müddət əvvəl dostuna "yadırğadığını" deyib. Pilotun son dəfə noyabr ayında sağlamlıq testi və peşə kontrolundan keçdiyi açıqlanıb.

İbbotson ABŞ-da xüsusi uçuş sertifikatı alıbmış. Qaydalara görə, bu təhsili alan pilotların pul qarşılığında yolçu daşımağı qadağandır.