Sarri final matçının çətinliyindən danışdı


İdman 25 Yan 2019 11:21:00 279 0

Sarri final matçının çətinliyindən danışdı

İngiltərə kubokunun yarımfinalının cavab matçında Tottenham üzərində qələbə (2:1, penaltilərdə 4:2) Chelsea-nı finala daşıyıb.

Goal.az xəbər verir ki, “zadəganlar”ın baş məşqçisi Mauriçio Sarri matçı təhlil edib. “Arsenal-a məğlubiyyətdən sonra bu cür qələbə məni sevindirdi. Futbolçularıma təzyiq etmədim. Sadəcə dedim ki, problemi həll etmək lazımdır. Bacardıq. Tottenham matçı əla alındı. Penaltilərdə qələbə qazanmağa baxmayaraq, oyunumuzdan razı qaldım. Bu səviyyəni saxlamaq lazımdır. Son matçlarda motivasiya problemi ilə üzləşirdik. Hiss edirdim ki, komandam oyunlardan zövq almır. Yarımfinal qələbəsi Chelsea-nın toparlanmasına səbəb olacaq. Bizi çətin final gözləyir. Qələbə üçün əlimizdən gələni edəcəyik. Karyeramda samballı mükafatlarım olmayıb. Çünki əvvəllər fərqli klublarda çalışmışam. İndi isə Chelsea kimi dünya nəhənginə rəhbərlik edirəm. Burada olduğum üçün özümü qalib sayıram”,-Sarri deyib.